Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton İlham Əliyevə telefonla zəng etmişdir
Text size
16 dekabr 2010, 23:14
Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasını özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulamışdır.