Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar
10 avqust 2014, 01:00
İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar.
Yarışların fəxri qonaqları arasında Rusiyanın Baş naziri Dmitri Medvedev və digər rəsmi şəxslər də olub.
“Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.
Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğuladı. Rusiya Prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.