İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
13 dekabr 2010, 18:00
Prezident İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir.
Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini vurğuladı.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu qeyd edərək ölkəmizin inkişafı üçün çox böyük işlər gördüyünü bildirdi.
Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.