logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

24 iyul 2014, 21:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 65; 2009, № 12, maddə 988; 2014, № 5, maddə 477) 2014-cü il noyabrın 1-dən ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş qaydalar 2014-cü il noyabrın 1-dən qüvvəyə minsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi