İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul etmişdir
Text size
16 iyul 2014, 15:30
Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.