İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatmışdır
Text size
10 dekabr 2010, 23:10
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatmışdır.
Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.