logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sərdar Əbişovdan, Yardımlı, Azərbaycan

Text size icon-size icon-size

14 iyul 2014, 18:00

Hörmətli cənab Prezident! 

Siz respublikamızın bütün rayonlarında olduğu kimi Yardımlıda da avtomobil yollarının tikintisinə böyük diqqət göstərirsiniz.

Ölkəmizə rəhbərlik etdiyiniz ilk illərdə Masallı-Yardımlı magistral yolu yenidən qurulmuşdusa, indi Sizin qayğınız sayəsində artıq rayonumuzun ucqar kəndlərinə abad yollar çəkilir. Bu yollardan biri də 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yoludur. Ötən ilin sentyabr ayında rayonumuza səfərinizdən sonra imzaladığınız Sərəncamla ayrılan vəsait hesabına həmin yolun tikintisi 10 min nəfərdən artıq sadə vətəndaşa böyük sevinc bəxş etdi. Bizə göstərdiyiniz bu diqqətə və qayğıkeş münasibətə görə Sizə minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Əbişov Sərdar.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Osnağaran kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi