Burkina-Fasonun Prezidenti Zati-aliləri cənab Blez Kompaoreyə
Text size
10 dekabr 2010, 18:00
Hörmətli cənab Prezident,
Burkina-Fasonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Burkina-Fasonun dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2010-cu il