Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
08 iyul 2014, 21:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2014-cü il martın 26-da Nyu-York şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il.