Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən
Text size
02 iyul 2014, 18:45
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Litva xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim. Xalqınıza firavanlıq, sülh və tərəqqi arzu edirəm. Azərbaycan hər zaman Litvanın Cənubi Qafqazdakı vacib tərəfdaşı olmuşdur və bundan sonra da olacaqdır. Buna görə də gələcəkdə də sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Dalya Qribauskayte
Litva Respublikasının Prezidenti