logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Text size icon-size icon-size

28 iyun 2014, 15:30

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildirdilər.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi