logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə

Text size icon-size icon-size

04 dekabr 2010, 15:16

Əlahəzrət,

Tailandın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, “22” noyabr 2010-cu il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi