R.K.Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


27 iyun 2014, 19:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il.