Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradodan
Text size


27 iyun 2014, 16:20
Cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Honduras xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Honduras Respublikası Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsində çox maraqlıdır və bunun xalqlarımızın mənafeyi naminə müsbət istiqamətdə reallığa çevrilməsini görə bilməkdən məmnundur.
Zati-aliləri, Sizə bir daha təbriklərimi yetirir, dərin hörmət və ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Xuan Orlando Ernandes Alvarado
Honduras Respublikasının Prezidenti