logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Norveçin Azərbaycandakı səfirini qəbul etmişdir

Text size icon-size icon-size

27 iyun 2014, 15:20

Prezident İlham Əliyev Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin ötən dövr ərzində siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi