İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşü olmuşdur
Text size
24 iyun 2014, 15:10
Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşü olmuşdur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə Azərbaycanın hüquq mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.