Mirzəbəy Atayev və başqalarından, Salyan, Azərbaycan


18 iyun 2014, 20:10
Hörmətli cənab Prezident!
Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 2014-cü il 11 iyun tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Ümumiyyətlə, son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri içərisində kəndlərarası avtomobil yollarının tikintisi çox mühüm yer tutur. Bu işlərin müxtəlif bölgələrdə, özü də belə sürətlə aparılması Sizin xüsusi diqqətiniz sayəsində mümkün olmuşdur. Biz bunu Sizin sadə və zəhmətkeş kənd camaatına həssas münasibətiniz və böyük qayğınız kimi qiymətləndiririk.
Möhtərəm Prezident! İşlərinizin çoxluğuna baxmayaraq, bizə göstərdiyiniz bu qayğıya və problemlərimizin həlli istiqamətindəki fəaliyyətinizə görə Sizə bir daha təşəkkür edirik.
Dərin hörmətlə,
Atayev Mirzəbəy Hafis oğlu
Nuriyev Məhəddin Nuru oğlu
Mərdanova Şahnaz Səyyar qızı və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu.