X.Quliyev və başqalarından, Gəncə, Azərbaycan


18 iyun 2014, 12:00
Hörmətli cənab Prezident!
İlk öncə Sizi salamlayır, titanik fəaliyyətinizi və gördüyünüz möhtəşəm işləri yüksək qiymətləndirdiyimizi bildirmək istəyirik.
Respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də müasir tikililər və abadlıq işləri göz oxşayır. Ölkəmizin ümumi inkişafı dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Gəncədə yaşayan Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri Sizin qayğınızı, maddi və mənəvi dəstəyinizi hər zaman hiss edirlər.
Möhtərəm Prezident, ölkəmizin davamlı inkişafı və ordumuzun qüdrətlənməsi istiqamətində görülən tədbirlər işğal altında olan torpaqlarımızın Sizin rəhbərliyinizlə tezliklə azad ediləcəyinə olan inamımızı daha da artırır. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildirir və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Quliyev X.K
Cabbarov A.L
Həsənova F.Ə və başqaları (cəmi: 30 imza).
Azərbaycan Respublikası, Gəncə şəhəri.