Məhəmməd Mehdiyev və başqalarından, Salyan, Azərbaycan


18 iyun 2014, 11:00
Hörmətli cənab Prezident!
Biz salyanlılar Sizin diqqət və qayğınızı gündəlik həyatımızda daim hiss edirik. Rayonumuz son illər ərzində öz simasını demək olar ki, tamamilə dəyişmiş və gözəlləşmişdir.
Yenidən qurulan küçələr, salınan istirahət parkları, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələri insanı heyran edir. Kəndlərarası avtomobil yollarının tikintisi də bu qəbildəndir. Hesab edirik ki, Sizin Sərəncamınızla hazırda tikintisi davam etdirilən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun istifadəyə veriləcəyi gün bizim üçün əsl bayrama çevriləcəkdir.
Möhtərəm Prezident, Allah Sizə həmişə xoş günlər qismət etsin, Sizi bütün arzu və niyyətlərinizə çatdırsın.
Dərin hörmətlə,
Mehdiyev Məhəmməd Vahib oğlu
Cəfərov Ramin Novruz oğlu
Soltanov İnqilab İltifat oğlu
Vahidova Aynurə Əlisima qızı və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu.