logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Afinada naməlum əsgərin məzarını ziyarət etmişdir

Text size icon-size icon-size

16 iyun 2014, 11:00

Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naməlum əsgərin məzarını ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi