Albaniyanın Prezidenti Buyar Nişanidən
Text size
14 iyun 2014, 14:15
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi arzu edirəm.
Əminəm ki, dostluq əlaqələrimizin və əməkdaşlığımızın gələcək inkişafı üçün geniş imkanlar vardır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Buyar Nişani
Albaniyanın Prezidenti