logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəddin Rüstəmov və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 iyun 2014, 15:15

Hörmətli cənab Prezident!

Bu məktubu Sizə böyük qürur hissi ilə yazırıq. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı, apardığı müdrik siyasət, uğurlu neft layihələrinə imza atması, ölkəmizi və xalqımızı böyük bəlalardan xilas etməsi Azərbaycanın sürətli inkişafına rəvac vermişdir.

Hörmətli cənab Prezident, Siz bu uğurların davamçısı oldunuz. Sizin uğurlu siyasətiniz sayəsində ölkəmiz gündən-günə inkişaf edir və gözəlləşir. Azərbaycanı artıq bütün dünyada tanıyırlar və onunla hesablaşırlar.

Paytaxtımızın son illər sürətlə abadlaşan və gözəlləşən rayonlarından biri olan Binəqədidə genişmiqyaslı quruculuq işləri uğurla davam etdirilir. Bu işlər rayon sakinlərini çox sevindirir. Köhnə, baxımsız məhəllələr abadlaşdırılmış, insanlarda böyük razılıq hissi doğuran istirahət guşələri yaradılmış, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, yaşıllıqlar salınmış, yaşayış binalarının fasadları yenilənmişdir.

Çox hörmətli Prezident, biz müharibə veteranlarına da daim diqqət və qayğı göstərilir. Mayın 17-də Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə bizə yubiley medalları və pul mükafatları təqdim edildi. Bütün veteranlar adından göstərilən bu qayğıya görə Sizə dərin minnətdarlığımızı çatdırır, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmağa, ideyalarınız ətrafında sıx birləşərək daim Sizə dəstək verməyə hazır olduğumuzu bildiririk.

Möhtərəm Prezident, sonda Sizi qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon şöbəsinin üzvləri:
Rüstəmov Məhəddin Rüstəm oğlu
Babayev Əli Qurban oğlu
Ələkbərov Nadir Qiyasəddin oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi