Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab III Beniqno Akinoya
Text size


11 iyun 2014, 18:21
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Filippin münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2014-cü il.