logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan

Text size icon-size icon-size

11 iyun 2014, 13:00

Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə Şri-Lanka Demokratik Sosialist Respublikası hökumətinin, xalqının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Şri-Lanka ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya, tərəfdaşlığa əsaslanan sıx və səmimi ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, dostluq əlaqələrimiz xalqlarımızın mənafeyi naminə növbəti illərdə yeni əməkdaşlıq sahələrində daha da güclənəcək və genişlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şəxsi rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Mahinda Racapaksa

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi