logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya

Text size icon-size icon-size

09 iyun 2014, 18:20

Hörmətli cənab Prezident,

Milli bayramınız – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan və Portuqaliya arasında əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 iyun 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi