Misir Ərəb Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə


09 iyun 2014, 17:55
Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2014-cü il.