logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizdən

Text size icon-size icon-size

07 iyun 2014, 14:40

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi üçün səylərin davam etdirilməsində maraqlı olduğumuzu bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək qardaşlıq ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Məhəmməd uld Əbdüləziz
Mavritaniya İslam Respublikasının Prezidenti
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi