logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tunis Respublikasının Prezidenti Mohamed Monsef Marzukidən

Text size icon-size icon-size

06 iyun 2014, 14:35

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm.

Cənab Prezident, Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək və dost ölkələrimiz arasında qarşılıqlı fayda üçün mübadiləni genişləndirmək arzumu bildirmək istəyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Mohamed Monsef Marzuki
Tunis Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi