logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan

Text size icon-size icon-size

05 iyun 2014, 13:12

Hörmətli Prezident,

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək səmimi qəlbdən ölkələrimiz və xalqlarımız arasında davamlı dostluq əlaqələrinin inkişafını, Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə və xalqınıza davamlı tərəqqi və rifah arzuladığımızı bildirirəm.

Zati-aliləri, səmimi salamlarımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Küveyt Dövlətinin Əmiri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi