Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən
Text size
05 iyun 2014, 13:13
Çox hörmətli cənab Prezident,
Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə xoş arzularımı çatdırır, cansağlığı və səadət diləyirəm. Dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və yüksək ehtiramla,
Həməd bin İsa Al Xəlifə
Bəhreynin Kralı