logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olmuşdur

Text size icon-size icon-size

01 dekabr 2010, 17:24

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.

Dövlət başçıları birgə müəssisələrin yaradılmasına, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi