logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

Text size icon-size icon-size

04 iyun 2014, 21:15

Bodrumda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi