logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlmişdir

Text size icon-size icon-size

04 iyun 2014, 16:45

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrumun Milas Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi