İsrail Dövlətinin Prezidenti Şimon Peresdən
Text size
04 iyun 2014, 13:45
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü mənə Zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, Sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Şimon Peres
İsrail Dövlətinin Prezidenti