İlham ƏIliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü olmuşdur
01 dekabr 2010, 16:59
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimizin enerji sahəsində əlaqələrinin xüsusi əhəmiyyəti qeyd olundu. Bildirildi ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.