İlham ƏIiyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur
Text size
01 dekabr 2010, 14:37
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur.
İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edildi ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə vermişdir.
Sloveniya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.