Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyndən
Text size
03 iyun 2014, 14:20
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Theyn Seyn
Myanma İttifaqı Respublikasının Prezidenti