İlqar Orucovdan, Bakı, Azərbaycan


03 iyun 2014, 14:10
Möhtərəm cənab Prezident!
May ayının 26-31 aralığında Bakı şəhərində təşkil edilən Dünya Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumunun keçirilməsinə verdiyiniz dəstəyə və yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Bir il öncə Forumun keçirilməsi təşəbbüsünü irəli sürərkən mən yalnız Sizə, Sizin siyasi iradənizə və gənclər üçün yaratdığınız unikal imkanlara arxalanırdım. Dünyanın 96 ölkəsindən Azərbaycana təşrif buyuran gənc alimlər şahidi oldular ki, bura təkcə neft dövləti deyil, sülhpərvər, müxtəlif mədəniyyətlərin, fərqli sivilizasiyanın, böyük dinlərin qovuşduğu tolerant ölkə, elm mərkəzi və sürətlə inkişaf edən firavan bir məmləkətdir. Xarici həmkarlarımız Bakını ölkələrinə geri dönərkən yeni elmi ideyalar və gələcək əməkdaşlıq imkanları ilə bərabər, Azərbaycanın xoşməramlı səfirləri kimi qəlblərində xalqımıza və dövlətimizə qarşı böyük bir məhəbbəti də apardılar. Bütün qeyd etdiklərimizin memarı Sizsiniz, cənab Prezident! Bu imkanları bizə Siz yaratmısınız! Siz gənclərin ən yaxın və etibarlı dostu olduğunuzu əməli fəaliyyətinizlə sübut etmisiniz.
Hörmətlə,
Orucov İlqar, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.