logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hacıbaba Rəcəbovdan, Neftçala, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2014, 11:50

Hörmətli cənab Prezident!

Sizin bu il mayın 28-də Neftçala rayonuna tarixi səfəriniz bütün neftçalalılar kimi biz nəqliyyat işçilərinin də hədsiz sevincinə səbəb olmuşdur. Sizin diqqət və qayğınız sayəsində respublikamızın hər yerində olduğu kimi Neftçalada da böyük quruculuq və abadlıq işləri həyata keçirilir, o cümlədən yol infrastrukturu yenidən qurulur. İki il əvvəl Şorsulu-Xəzərkənd yolunun yenidən qurulması üçün vəsait ayırmışdınız və həmin yol artıq istifadəyə verilmişdir. Rayonumuza budəfəki səfərinizdən sonra Şorkənd-Beştalı-Bankə-Şirvanlı yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncam bu sahəyə böyük diqqət göstərməyinizin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, bir daha Sizə rayonumuzun nəqliyyat işçiləri adından dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Rəcəbov Hacıbaba,
Neftçala Avtonəqliyyat ASC idarə heyətinin sədri.

Azərbaycan Respublikası, Neftçala rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi