logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur

Text size icon-size icon-size

01 dekabr 2010, 14:18

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. İqtisadi sahədə, o cümlədən ölkələrimizin birgə həyata keçirdikləri enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı məsələlər müzakirə edildi.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi