İspaniyanın kralı Xuan Karlosdan
Text size
02 iyun 2014, 16:00
Cənab Prezident,
Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya xalqı və hökuməti adından, şəxsən öz adımdan təbrik edirəm.
Cənab Prezident, Sizə cansağlığı, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük ehtiramımı çatdırıram.
Hörmətlə,
Xuan Karlos
İspaniyanın kralı