logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin təkbətək görüşü olmuşdur

Text size icon-size icon-size

02 iyun 2014, 10:30

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi