İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya


31 may 2014, 15:20
Hörmətli cənab Prezident,
İtaliyanın milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə İtaliyanı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da dərinləşdirilməsi, qarşılıqlı maraqlarımızı əks etdirən tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 may 2014-cü il.