logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham ƏIiyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü olmuşdur

Text size icon-size icon-size

01 dekabr 2010, 10:02

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü olmuşdur.

Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunuldu. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi