Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən
Text size
30 may 2014, 13:35
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən yüksək ehtiramlarımla Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Qətər Hökuməti adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və qarşıdan gələn illərdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin güclənməsini diləyirəm.
Şeyx Təmim bin Həməd Al Tani
Qətər Dövlətinin Əmiri