logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən

Text size icon-size icon-size

30 may 2014, 12:45

Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bütün polşalılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və uğurlar diləyirəm.

Polşa ilə Azərbaycan arasında mövcud uğurlu münasibətlərdən, xalqlarımızın ənənəvi dostluq və yaxınlıq əlaqələrindən məmnunluğumu bildirirəm. Əminəm ki, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımız davam edəcəkdir. Cənab Prezident, cari ildə Sizin ölkəmizə gözlənilən səfərinizin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğumu bildirirəm.

Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığının gücləndirilməsi üçün Polşa Respublikasının dəstəyi dəyişməzdir.

Cənab Prezident, Sizə və xalqınıza firavanlıq arzu edirəm.

Hörmətlə,

Bronislav Komorovski
Polşa Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi