logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəxtiyar Əsədovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

30 may 2014, 11:30

Hörmətli cənab Prezident!

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələnərək sürətlə inkişaf etmiş, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Ölkəmizin bütün regionları kimi Gəncə şəhəri də yeni yüksəliş dövrünü yaşamaqdadır.

Qədim Gəncə təzadlı bir ömür yolu keçmişdir. Şöhrəti uzaq ellərə yayılan, adı dillərdə dastan olan, qoynunda məşhur alimləri, filosofları, şairləri boya-başa çatdıran Gəncə tarixin enişli-yoxuşlu yollarından üzüağ çıxmışdır. Ötən əsrdə siyasi proseslərin cərəyan etdiyi şəhərimizin dirçəlişi müstəqil dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyev tərəfindən təmin edilmişdir.

Hörmətli cənab Prezident, bu gün Gəncə Sizin sayənizdə uğurla inkişaf edir. Şəhər sakinlərinin arzuları bu gün reallığa çevrilir və bu gerçəkliklər Gəncənin yeni tarixinin ən parlaq, ən şərəfli səhifələrinin yazılması ilə yaddaşlara əbədi həkk olunur.

Hörmətli cənab Prezident, qəhrəmanlıq təkcə titul kimi verilmir. İnsanların inamını, etibarını qazanmaq, görüləcək işlərin səmərəsini və nəticəsini qabaqcadan görüb, duyub onu ərsəyə gətirmək elə qəhrəmanlıq deməkdir. Ölkəmizin tərəqqisi naminə gördüyünüz misilsiz işlər Sizi bu pilləyə qaldırmışdır. Sizə uzun ömür və cansağlığı arzu edirəm. Həmişə var olun və həmişə Azərbaycanla olun!

Dərin hörmətlə,

Əsədov Bəxtiyar Nəriman oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi