İlham ƏIliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur
Text size
01 dekabr 2010, 09:52
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi.
Türkiyə Prezidenti dövlətimizin başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik etdi.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.