Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahdan
Text size
29 may 2014, 16:30
Zali-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Malayziyanın Kralı və Kraliçası adından səmimi qəlbdən təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi və arzularımızı çatdırırıq.
Dua edirik ki, Uca Allah Zati-alinizə və Azərbaycan Respublikasının xalqına daim davamlı inkişaf, sülh və tərəqqi bəxş etsin.
Hörmətlə,
Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah
Malayziyanın XIV Ali Başçısı