logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Quliyev Xanlar və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

29 may 2014, 16:00

Möhtərəm Prezident!

Qeyd etmək istəyirəm ki, müasir müstəqil Azərbaycanımızın bütün şəhərləri kimi, Gəncə də inkişafının və sosial yüksəlişinin yeni mərhələsini yaşayır.

Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurlu davam etdirdiyi sosial yönümlü siyasət dayanır.

Möhtərəm cənab Prezident, təsadüfi deyildir ki, son on ildə Sizin Gəncə şəhərinə on bir dəfə səfər etmiş və bu müddətdə on iki sərəncam imzalamısınız. Bu sərəncamlar Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət etmişdir.

Sizin söylədiyiniz: - “Mən çox şadam ki, Azərbaycanın qədim şəhəri, ikinci şəhəri olan Gəncə öz çiçəklənmə dövrünü yaşayır” sözləri hər birimizin ürəyində hədsiz sevinc hissləri aşılayır. Beləliklə, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 21 yanvar 2012-ci ildə Gəncə şəhərində səfəriniz zamanı təməlini qoyduğunuz Heydər Əliyev Mərkəzinin yeni binası artıq tikilib başa çatdırılmışdır. Üç mərtəbəli binada Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən sərgi, ekspozisiya zalı, elektron və adi kitabxana, müşavirə-konfrans və iclas zalları vardır.

Cənab Prezident, Gəncə şəhərində elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımı səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə AMEA-nın Gəncə bölməsini təsis etməyiniz nəinki Azərbaycan Respublikası, həmçinin dünya sivilizasiyasının “Şərqin qapısı” kimi qəbul etdiyi məkanın yüksəklərə çatmasına, yeni-yeni nailiyyətlərin əldə olunması çox sanballı töhfə hesab olunur. Biz bütün bunlara görə sevinir və Sizə dərin minnətdarlığımızı bildiririk. 

Çox hörmətli Prezident, insanların sağlamlığının qorunması üçün 2008-ci ildə açılışını etdiyiniz Müalicə-Diaqnostika Mərkəzi Almaniyadan, Yaponiyadan, Türkiyədən, Hollandiyadan gətirilmiş ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, burada təcili yardım, funksional şüa-diaqnostika bölmələri, həkim otaqları, palatalar, dializ və reanimasiya şöbələri, cərrahiyyə-əməliyyat bloku və konfrans salonu fəaliyyət göstərməkdədir. Ulu öndər Heydər Əliyevin “Təhsil Millətin gələcəyidir” tezisinə uyğun olaraq yeni məktəb binalarının tikilməsi, əsaslı təmiri, yeni uşaq bağçalarının açılması müntəzəm şəkildə həyata keçirilir.

Şəhərimizdə ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleks yaradılmış, Amfiteatr, “Zəfər Tağı” tikilmiş, Gəncə çayı sahilində Dövlət Bayrağı Meydanı yaradılmış, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi “Xəmsə” Memarlıq Kompleksi yenidən qurulmuş, dahi Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. Gəncə Dövlət Filarmoniyasının, “Şah abbas” və “Uğurlu Xan” karvansaralarının tikintisi davam etdirilir. Nizami Gəncəvinin məqbərəsində möhtəşəm mədəniyyət və heykəltəraşlıq kompleksi fəaliyyət göstərir. Nizami Gəncəvi Mərkəzi orijinal memarlıq üslubunda inşa edilir, M.C.Paşayevin ev-muzeyi istifadəyə verilmişdir. “Xan Bağı” abadlaşdırılmış, Cavad Xan küçəsi yenidən qurulmuş, müasir görkəm almışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi Gəncədə də əziz tutulur, şəhidlərin xatirəsinə abidə ucaldılmışdır. Altı hektar ərazidə geniş xiyaban salınmışdır.

Möhtərəm Prezident, Sizin tapşırığınızla Gəncə şəhərində “Olimpiya Kəndi”nin inşasına başlanmağı bütün idmançıları və idmansevərləri çox sevindirmişdir. Son on ildə Gəncə şəhərində beş ulduzlu “My WAY”, “Elman-Hotel”, “Voqo” və “EL-HOTEL” mehmanxanaları inşa edilmiş, “Gəncə” mehmanxanası yenidən qurulub fəaliyyətə başlamışdır.

Hörmətli cənab Prezident, 2006-cı il oktyabrın 31-də Gəncə Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Hava Limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən aerovağzal binası tikilmişdir. Det-AL Alüminium kompleksi açılmışdır. 2012-ci il yanvarın 21-də “Metal Tökmə və Fasiləsiz Yayma zavodu, Gəncə Avtomobil zavodu, Gəncə Şərab zavodu, “Neon” firmasında 10 min tonluq taxıl anbarı kompleksi, 15 tonluq makaron sexi, 30 tonluq çörək bişirən zavod istifadəyə verilmişdir. Jardin-Royal MMC şokolad və digər qənnadı məhsulları istehsal edir. Sizin tapşırığınızla şəhərin avtomobil yolları yenidən qurulur. Binaların dam örtükləri və fasadları yenilənmişdir.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Quliyev Xanlar Kərim oğlu
Əliyev Eldəniz Tahir oğlu
Quliyev Razim Nazim oğlu və başqaları (cəmi141 imza). -0-
Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi